Avropada qazın qiyməti 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Avropada təbii qazın qiyməti 4,35% artaraq 2022-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi enerji bazarlarında narahatlığı artırıb. Regionda gərginliyin artması qaz təchizatında mümkün fasilələrlə bağlı riskləri gücləndirib.
Bunun fonunda enerji indekslərində də yüksəliş müşahidə olunur. Bazarlarda qiymət artımının davam edib-etməyəcəyi regiondakı vəziyyətin inkişafından və enerji təchizatına mümkün təsirlərdən asılı olacaq.
23:32 28.10.2026
Oxunuş sayı: 57