Qəzzada son sutkada İsrailin hücumları nəticəsində 3 nəfər ölüb
İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağına hücumları nəticəsində son 24 saat ərzində 3 fələstinli həlak olub, 11 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına istinadən “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, 10 oktyabr 2025-ci ildə atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumları nəticəsində 1 568 nəfər ölüb, 5 649 nəfər yaralanıb. Dağıntılar altından isə 845 nəfərin cəsədi çıxarılıb.
2023-cü ilin oktyabrından bəri Qəzza zolağına hücumlar nəticəsində ölənlərin ümumi sayı 74 564-ə, yaralıların sayı isə 175 770-ə çatıb. Məlumata görə, dağıntılar altında hələ də minlərlə insanın cəsədi qalır.
00:30 29.10.2026
Oxunuş sayı: 51