İsrail mənbəsi: İranda faktiki hakimiyyət iki generalın əlindədir
İranın idarə olunması ilə bağlı iddialar irəli sürülüb.
Crossmedia.az xəbər verir ki, İsrailin ˝Kanal 12˝ telekanalına danışan bir rəsmi bildirib ki, hazırda İranı faktiki olaraq general-mayor Əhməd Vahidi və general-mayor Yəhya Rəhim Səfəvi idarə edir.
Onun sözlərinə görə, İranın hərbi əməliyyatları bu şəxslər tərəfindən planlaşdırılır, əsas qərarlar onlar tərəfindən verilir, rəsmi bəyanatlar isə onların razılığı ilə hazırlanır.
İsrailli rəsmi iddia edib ki, müharibə şəraitində bu iki şəxs ölkədə əsas qərarverici fiqurlara çevrilib və İranın ali dini rəhbəri ilə yalnız onlar görüşür.
Qeyd edək ki, bu açıqlamalar İsrail mənbəsinin iddialarıdır və İran tərəfi tərəfindən rəsmi təsdiqlənməyib.
22:46 23.07.2026
Oxunuş sayı: 47