Tramp husilərin hücumlarına görə İrana xəbərdarlıq etdi
ABŞ prezidenti Donald Tramp Yəmən husilərinin Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus tankerlərə hücumlarına münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bəyan edib ki, husilər bu cür hücumları yenidən həyata keçirərsə, ABŞ İranı məsuliyyətə cəlb edəcək. O, bunun səbəbi kimi husilərin İranın müttəfiqləri və ya dəstəklədiyi qüvvələr olduğunu göstərib.
“İndiyədək çox peşəkar və ağıllı şəkildə hərəkət edən husilərə qarşı da, əlbəttə ki, ciddi hərbi cəza tətbiq olunacaq”, – deyə Tramp bildirib.
21:08 23.07.2026
Oxunuş sayı: 33