Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib
Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Dəyişikliyə əsasən, millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipi hesab edilib.
Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün geyim formalarının təsvirlərini və təhsilverənlər üçün geyim ilə bağlı tələbləri təsdiq etmək ümumi təhsil sahəsində dövlətin vəzifələri sırasına daxil edilib.
Dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır. Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Valideynlərin və ya digər qanuni nümayəndələrin ümumi təhsil sahəsində vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində (qəyyumluğunda və himayəsində övladları ya olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilib.
14:24 22.07.2026
Oxunuş sayı: 44