Ukraynaya yüz milyonlarla dollar dəstəyi gəldi
Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) yeni dördillik genişləndirilmiş maliyyələşdirmə proqramı (EFF) çərçivəsində təxminən 690 milyon dollar məbləğində ikinci tranşı əldə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski sosial şəbəkələrdə məlumat verib.
O bildirib ki, vəsait artıq dövlət büdcəsinə daxil olub və makromaliyyə sabitliyinin qorunmasına, xüsusilə də prioritet xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.
Daha əvvəl BVF-in İcraçı Direktorlar Şurasının Ukrayna üçün nəzərdə tutulan dördillik EFF proqramının ilk icmalını tamamladığı və bunun nəticəsində 503 milyon xüsusi borcalma hüququ, yəni təxminən 690 milyon dollar həcmində ikinci tranşın ayrılmasına imkan yarandığı bildirilmişdi.
20:54 23.07.2026
Oxunuş sayı: 38