UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.
Bu dueldə qələbə qazanan tərəf "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
20:52
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - ÇSKA (Sofiya, Bolqarıstan) oyununda ilk hissə bitib.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0
Matçı italiyalı FIFA referisi Daniele Kiffi idarə edir.
20:03
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - ÇSKA (Sofiya, Bolqarıstan) oyunu başlayıb.
Crossmedia.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçın baş hakimi italiyalı FIFA referisi Daniele Kiffidir.
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.
Bu dueldə qələbə qazanan tərəf "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
22:15 23.07.2026
Oxunuş sayı: 261