Hörmət yoxdursa, anlaşma da yoxdur – İrandan ABŞ-yə mesaj
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran və Vaşinqton arasındakı münasibətlərdə əsas maneə vasitəçilərin olmaması deyil, ABŞ-nin siyasətidir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Amerikanın yanaşması məntiqsiz, həddindən artıq iddialı və hegemon xarakter daşıyır və Tehran buna artıq qəti cavab verib.
“ABŞ İran xalqına və onun milli maraqlarına hörmətdən başqa yolunun olmadığını anlamayana qədər hər hansı irəliləyiş əldə etmək mümkün olmayacaq. Bunun üçün mesaj mübadiləsinə ehtiyac yoxdur – Vaşinqton sadəcə öz siyasətini yenidən nəzərdən keçirməlidir”, – deyə Araqçinin sözlərini KİV yayıb.
21:24 23.07.2026
Oxunuş sayı: 31