Qazaxıstanın paytaxtı Astanada su basqını baş verib
Güclü leysan yağışlarından sonra Qazaxıstanın paytaxtı Astana şəhərinin bəzi ərazilərini su basıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yağıntılar nəticəsində küçələrdə və infrastruktur obyektlərində su yığılıb. Hadisənin nəticələrinin aradan qaldırılması üçün aidiyyəti xidmətlərin işə başladığı bildirilir.
Vəziyyətlə bağlı əlavə məlumatlar açıqlanmayıb.
22:58 23.07.2026
Oxunuş sayı: 43