Stavropol diyarında PUA hücumundan sonra baş verən yanğın söndürülüb
Stavropol diyarında pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra Nevinnomıssk şəhərində anbarda başlayan yanğın tamamilə söndürülüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə nəticəsində yaranan yanğının aradan qaldırıldığı, hazırda vəziyyətin nəzarət altında olduğu bildirilib. Qeyd olunur ki, PUA hücumu ilə bağlı təfərrüatlar araşdırılır.
22:42 23.07.2026
Oxunuş sayı: 48