80 dəfədən çox söz verdi – Rusiya Trampı tənqid etdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-yə Ukraynadakı münaqişənin həlli ilə bağlı Donald Trampın əvvəlki açıqlamalarını xatırladıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zaxarova bildirib ki, ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı müharibəni 30 dəqiqəyə həll etdiyimizi düşünürsünüzmü? Bu, belə işləmir deyə açıqlama verib.
Rusiya XİN sözçüsü qeyd edib ki, heç kim münaqişənin bu qədər qısa müddətdə həll olunacağını düşünməyib, lakin Trampın seçki kampaniyası zamanı Ukraynadakı münaqişəni 24 saat ərzində başa çatdıracağı ilə bağlı dəfələrlə vədlər verdiyi yadda qalır.
Zaxarova həmçinin Trampın Ankoricdə keçirilən sammiti yüksək qiymətləndirdiyini xatırladıb.
21:48 23.07.2026
Oxunuş sayı: 39