Avropanın ən məşhur istirahət məkanlarını alov bürüdü
Fransa, İspaniya, İtaliya və Yunanıstanın məşhur kurort bölgələrində genişmiqyaslı meşə yanğınları baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, alov sürətlə yayılaraq meşə ərazilərini və yaşayış məntəqələrini təhdid edir. Yanğınlar səbəbindən bir sıra turizm bölgələrində vəziyyət kritik həddə çatıb və yay turizm mövsümü ciddi təhlükə ilə üzləşib.
Səlahiyyətli qurumlar yanğınların qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı tədbirlər həyata keçirir. Yanğınların geniş əraziləri əhatə etməsi turistlərin istirahət planlarına da təsir göstərib.
23:17 23.07.2026
Oxunuş sayı: 29