ABŞ-də Nümayəndələr Palatası qətnamə qəbul etdi, Senat blokladı
ABŞ Konqresində Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyatları ilə bağlı fikir ayrılığı yaranıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ Nümayəndələr Palatası ölkənin İrana qarşı müharibəyə başlamasına qarşı çıxan qətnamə qəbul edib. Səsvermə zamanı 4 respublikaçı demokratlarla birlikdə qətnaməni dəstəkləyib.
Eyni zamanda, ABŞ Senatı prezident Donald Trampın İrana qarşı əlavə hərbi əməliyyatlar həyata keçirməzdən əvvəl Konqresin təsdiqini almasını tələb edən qətnamənin irəliləməsinə mane olub. Qətnamə 49 lehinə, 47 əleyhinə səslə bloklanıb.
Qeyd olunur ki, bu səsvermələr ABŞ-də İranla bağlı hərbi strategiya məsələsində siyasi fikir ayrılıqlarının davam etdiyini göstərir.
23:00 23.07.2026
Oxunuş sayı: 38