Çexiyada bütün donanmanın uçuşları bu səbəbdən dayandırıldı
Çexiya ordusuna məxsus ABŞ istehsalı UH-1Y Venom hərbi helikopteri Oslavou aviabazasında qəzaya uğrayıb.
Crossmedia.az bu barədə ˝SNN˝ TV-ə istinadən xəbər verir.
Hadisə nəticəsində bir hərbçi həlak olub, daha dörd nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəblərinin araşdırıldığını bildirən Çexiya ordusu istintaq başa çatana qədər ABŞ istehsalı olan bütün 12 ədəd UH-1Y Venom və AH-1Z Viper helikopterinin uçuşlarını dayandırmaq qərarı verib.
Səlahiyyətli orqanlar qəzanın başvermə səbəblərini araşdırır.

23:35 23.07.2026
Oxunuş sayı: 59