Gürcüstan böyük biznes mərkəzinə çevrilir
“Telegram”ın yaradıcısı Pavel Durov Gürcüstanın iqtisadi inkişafını yüksək qiymətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Durovun sözlərinə görə, ölkə iqtisadiyyatı son 5 ildə iki dəfə artıb və hazırda illik 8 faiz templə böyüyür.
O bildirib ki, beynəlxalq texnologiya şirkətləri Gürcüstanda 0 faiz korporativ vergi, dividendlər və maaşlar üzrə isə cəmi 5 faiz vergi ödəyir.
Durov qeyd edib ki, Gürcüstan həm səyahət, həm də biznes fəaliyyəti üçün ciddi şəkildə qiymətləndirilməmiş ölkələrdən biridir.
23:54 23.07.2026
Oxunuş sayı: 57