Bu vəzifə kifayət deyil – Fedorovdan Kiyevə mesaj
Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov Prezident Volodimir Zelenskinin ona təklif etdiyi vitse-premyer vəzifəsindən imtina edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fedorov bildirib ki, təklif olunan vəzifələrin heç biri ordu islahatlarını başa çatdırmaq, müdafiə sahəsində satınalmalarda korrupsiya ilə mübarizə aparmaq və başladılan digər dəyişiklikləri həyata keçirmək üçün ona real səlahiyyət verməyəcək.
Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün yenidən Ukrayna Müdafiə Nazirliyinə rəhbərlik etməsi daha məqsədəuyğundur.
23:30 23.07.2026
Oxunuş sayı: 58