Hadisə

Aktau yaxınlığında təyyarə qəzasında 29 nəfər sağ qalıb

Aktauda təyyarə qəzasından sağ çıxan 29 nəfər xəstəxanaya aparılıb.

Bu barədə Qazaxıstan FHN-in Operativ Qərargahı məlumat yayıb.


12:53

Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır.

Bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Manqistau vilayətinin Səhiyyə İdarəsindən “Kazinform”a bildirilib ki, hadisə yerində 4 nəfərin cəsədi aşkar edilib.


12:07

Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.

Qazaxıstan FHN məlumatı “Report”un Qazaxıstan bürosuna təsdiqləyib.

Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub.

"Yaralılar haqqında məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22 nəfər xəstəxanaya yerləşdirilib", - qurum bildirir.

Ümumilikdə dispetçer xidməti, qeyri-dövlət yanğınsöndürmə xidməti və polis departamentinin 150 nəfər şəxsi heyəti və 45 texnikası cəlb edilib.

Sərnişinlərin siyahısı dəqiqləşdirilir.

09:46 25.12.2024

Oxunuş sayı: 6637

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR