Rusiyada daşqın nəticəsində evlər və yollar su altında qaldı
Rusiyanın Sverdlovsk vilayətinin İrbits şəhərində və nəzarəti altında olan Ukraynanın Sevastopol şəhərində güclü daşqınlar nəticəsində ciddi su basmaları qeydə alınıb.
Ceossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisəyə genişmiqyaslı daşqınlar və intensiv yağıntılar səbəb olub. Su küçələri, yaşayış evlərinin ətraf ərazilərini və infrastruktur obyektlərini basıb.
Daşqınlar nəticəsində bölgələrdə vəziyyətin çətinləşdiyi, sakinlərin və aidiyyəti qurumların təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər gördüyü bildirilir.
19:56 15.07.2026
Oxunuş sayı: 50