İran və Qətər beş aylıq fasilədən sonra dəniz ticarətini bərpa edib
İran və Qətər arasında dəniz ticarəti beş aylıq fasilədən sonra yenidən bərpa olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, tərəflər arasındakı ticarət əlaqələri dəniz marşrutları vasitəsilə yenidən fəaliyyətə başlayıb.
Bu addım iki ölkə arasında iqtisadi əməkdaşlığın normallaşması istiqamətində mühüm inkişaf kimi qiymətləndirilir.
00:11 06.07.2026
Oxunuş sayı: 69