Təcili: Azərbaycan səfiri İsraili tərk etdi
Azərbaycanın İsraildəki səfiri İsrailin xarici işlər naziri Gideon Saarın qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı planlardan bəhs edən açıqlamasından sonra ölkəni tərk edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The Jerusalem Post˝ nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, səfirin İsraildən ayrılmasının səbəbi rəsmi şəkildə açıqlanmayıb. Həmçinin onun məsləhətləşmələr üçün Bakıya geri çağırılıb-çağırılmadığı da rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, Azərbaycan və İsrail tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

21:40 05.07.2026
Oxunuş sayı: 55