Moskvada “Miss Rusiya 2026” müsabiqəsi üçün seçim mərhələsi keçirilib
Rusiyanın paytaxtı Moskvada ölkənin əsas milli gözəllik müsabiqəsi olan “Miss Rusiya 2026” üçün açıq kastinq mərhələsi təşkil olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Seçimdə onlarla namizəd ilk mərhələni uğurla keçərək təşkilatçılarla görüşüb və peşəkar fotosessiyada iştirak edib.
Müsabiqənin bütün seçim mərhələləri başa çatdıqdan sonra 50 finalçı müəyyənləşdiriləcək. “Miss Rusiya 2026” titulunun qalibi ölkəni beynəlxalq arenada təmsil edəcək və “Miss Universe” gözəllik müsabiqəsində iştirak etmək hüququ qazanacaq.
21:57 05.07.2026
Oxunuş sayı: 46