Moskvada polisə əl edən gənc saxlanılıb
Moskvada canlı yayım aparan gənc yoldan keçən polisə məxsus xüsusi nəqliyyat vasitəsinə (avtozak) əl etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Crossmedia.az xəbər verir ki, saxlanılmanın rəsmi səbəbi açıqlanmayıb.
Gəncin sözlərinə görə, saxlanıldıqdan sonra o, digər saxlanılan şəxslərlə birlikdə avtozaka yerləşdirilib və həmin nəqliyyat vasitəsində azyaşlılar da olub.
O iddia edib ki, saxlanılan şəxslərə qarşı fiziki zorakılıq tətbiq edilib, o cümlədən döyülmə və elektroşokerdən istifadə olunub.
Hüquq-mühafizə orqanları isə hadisə və səsləndirilən iddialarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.
19:19 05.07.2026
Oxunuş sayı: 61