Çin Almaniyanı öz sənayesində sıxışdırır
Almaniyanın uzun illər "Mittelştand" kimi tanınan orta sahibkarlıq modelinə söykənən sənaye sektoru Çin şirkətlərinin artan təzyiqi fonunda mövqelərini sürətlə itirir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, dövlətin genişmiqyaslı dəstəyi sayəsində Çin istehsalçılarının rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Bu isə Almaniya məhsullarının Avropa İttifaqı bazarında Çin istehsalı ilə əvəzlənməsinə və alman şirkətlərinin bazar payının azalmasına səbəb olub.
Bildirilir ki, bu proses Almaniya iqtisadiyyatına ciddi təsir göstərir. Ölkədə iş yerlərinin azalması, sənaye istehsalının zəifləməsi müşahidə olunur. Almaniya yüksək texnologiyalı avadanlıq ixracatçısından tədricən Çindən oxşar məhsulları idxal edən ölkəyə çevrilir.
Məlumata görə, enerji daşıyıcılarının yüksək qiyməti və Çin şirkətlərinin aqressiv qiymət siyasəti fonunda Almaniya müəssisələri istehsalı xarici ölkələrə köçürmək məcburiyyətində qalır. Bu isə Avropanın ən böyük iqtisadiyyatının sənaye gələcəyi üçün ciddi risklər yaradır.
19:27 05.07.2026
Oxunuş sayı: 54