İsraildə 3 min ABŞ hərbçisi yerləşdirilib
ABŞ-in hazırda İsrail ərazisində təxminən 3 min hərbçisi yerləşir və Yaxın Şərqdə mümkün yeni eskalasiyaya hazırlıq çərçivəsində əlavə qüvvələrin göndərilməsi gözlənilir.
Crossmedia.az xəbər verir ki, “The Jerusalem Post” bu barədə məlumat yayıb.
Məlumata görə, İsraildəki ABŞ hərbçiləri hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti, pilotluq və dəstək, logistika və qərargah işləri də daxil olmaqla müxtəlif vəzifələri yerinə yetirirlər.
ABŞ ordusu son həftələrdə İsraildə rutin qüvvə rotasiyası həyata keçirib. Yaxın həftələrdə isə mümkün eskalasiyaya hazırlıq məqsədilə əlavə hərbçi və hərbi təyyarələrin bölgəyə göndərilməsi gözlənilir.
22:17 04.10.2026
Oxunuş sayı: 55