Tramp: Sorğular MAGA-nı aşağı qiymətləndirib
ABŞ Prezidenti Donald Tramp sorğuların “MAGA” hərəkatına dəstəyi daim aşağı qiymətləndirdiyini bildirib və seçkilərlə bağlı bir sıra göstəriciləri diqqətə çatdırıb.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
Trampın sözlərinə görə, o, 2024-cü il prezident seçkilərində yeddi “yelləncək ştatın” hamısında, ümumxalq səsverməsində və ölkə üzrə dairələrin 86 faizində qalib gəlib. O, həmçinin bu il keçirilən praymerizlərin 99 faizində qələbə qazandığını iddia edib.
Tramp paylaşımının sonunda “Mən seçki bülletenindəyəm!” ifadəsini işlədib.
Qeyd edək ki, Tramp 2024-cü il prezident seçkilərində ümumxalq səsverməsində 49,8 faiz səs toplayaraq qalib gəlib və yeddi əsas “yelləncək ştatın” hamısını qazanıb.
23:15 04.10.2026
Oxunuş sayı: 42