Braziliyada kritik seçki: Lula, yoxsa Bolsonaro?
Braziliyada bazar günü keçirilən prezident seçkilərində səsvermə məntəqələri bağlanıb. Növbədə olan seçicilərə isə səs verməyə imkan yaradılıb.
Crossmedia.az xəbər verir ki, seçkilərdə 158,7 milyondan çox seçicinin səsvermə hüququ olub. Prezident seçkiləri ilə yanaşı, qubernator, Senat və Deputatlar Palatasına seçkilər də keçirilib.
Səslərin hesablanmasına Braziliya vaxtı ilə saat 17:00-da başlanılıb. Səsvermə aparatlarından elektron şəkildə ötürülən nəticələr mərhələli şəkildə ölkə üzrə ümumi nəticələrə əlavə edilir.
Prezident seçkisində hazırkı prezident Luis İnasio Lula da Silva ilə senator və keçmiş prezident Jair Bolsonaronun böyük oğlu Flavio Bolsonaro mübarizə aparır.
Namizədlərdən heç biri etibarlı səslərin 50 faizindən çoxunu əldə etməzsə, ən çox səs toplayan iki namizəd 25 oktyabrda keçiriləcək ikinci tura keçəcək.
Seçkilər ölkədə siyasi qütbləşmənin yüksək olduğu bir vaxtda keçirilir. Bundan əlavə, mümkün xarici müdaxilə ilə bağlı iddialar da diqqət mərkəzindədir. Braziliya hakimiyyəti bununla bağlı araşdırma aparıldığını bildirib, lakin hələlik hər hansı yekun nəticə açıqlanmayıb.
01:38 05.10.2026
Oxunuş sayı: 38