Naftoqaz: Ukraynanın enerji obyektlərində güclü yanğınlar baş verib
Ukraynanın Poltava, Xarkov və Sumı vilayətlərində yerləşən bir neçə enerji obyektində güclü yanğınlar baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın "Naftoqaz" şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasına görə, bir neçə obyektdə iri yanğınlar baş verib, ciddi dağıntılar qeydə alınıb və avadanlıqların bir hissəsinin fəaliyyəti dayandırılıb.
Hazırda dəymiş ziyanın həcmi qiymətləndirilir. Hadisənin digər təfərrüatları isə hələlik açıqlanmayıb.
20:01 05.07.2026
Oxunuş sayı: 56