Medvedev tənqid etdi: ABŞ-nin başqalarına hökm etməyə haqqı yoxdur
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-nin yaranmasının 250 illiyi ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Medvedev bildirib ki, dünyanın əksər ölkələri ABŞ-nin digər dövlətlər adından qərar vermək hüququnun olmadığını anlayır.
O həmçinin qeyd edib ki, ABŞ ilk növbədə ölkə daxilində qaydanı bərpa etməlidir.
Qeyd edək ki, bu bəyanat Medvedevin ABŞ və Qərb siyasətinə dair tənqidi açıqlamaları fonunda səsləndirilib.
22:37 05.07.2026
Oxunuş sayı: 52