"Güclü Ermənistan" parlament mandatlarını qəbul edəcək
Ermənistanda müxalifətdə olan "Güclü Ermənistan" blokunun nümayəndələri parlament mandatlarını qəbul edərək qanunvericilik fəaliyyətinə başlayacaqlarını bildiriblər.
Crossmedia.az xəbər verir ki, bunu seçki siyahısına rəhbərlik edən Narek Karapetyan açıqlayıb.
Onun sözlərinə görə, müxalifətin Milli Assambleyada təmsil olunması etiraz hərəkatının koordinasiyası və gücləndirilməsi üçün zəruri platforma yaradacaq.
Karapetyan bildirib ki, blok parlamentdə fəaliyyət göstərməklə yanaşı, müxalif təşəbbüslərin təşkilində də fəal iştirak edəcək.
19:35 05.07.2026
Oxunuş sayı: 54