Rusiya Ukraynada yanacaqdoldurma məntəqəsini vurub: ölən və yaralananlar var
Rusiya qüvvələrinin Ukraynanın Xarkov vilayətinin İzüm şəhərində yanacaqdoldurma məntəqəsinə endirdiyi zərbə nəticəsində azı bir nəfər həlak olub, xəsarət alanlar var.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı ilkin məlumata görə, hücum zamanı bir kişi həyatını itirib. Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
Hazırda hadisə yerində xilasedicilər işləyir, dağıntıların miqyası və zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.
21:22 05.07.2026
Oxunuş sayı: 50