Fransa ordusunda robotlaşma başlayır
Fransa gələn ilin yayına qədər ilk döyüş robotlarından ibarət hərbi bölməni yaratmağı planlaşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu addım ölkənin ordusunda yeni texnologiyaların tətbiqi və döyüş imkanlarının artırılması istiqamətində atılan tədbirlər çərçivəsində həyata keçirilir.
Qeyd edilib ki, robotlaşdırılmış bölmələr müasir hərbi əməliyyatlarda insan itkisini azaltmaq və effektivliyi yüksəltmək məqsədi daşıyacaq.
00:04 06.07.2026
Oxunuş sayı: 59