102 saatlıq axtarış uğursuz oldu: ABŞ hərbçisi tapılmadı
ABŞ Hərbi Dəniz Qüvvələri Ərəbistan dənizində MH-60S tipli hərbi helikopterin qəzaya uğramasından sonra itkin düşən ekipaj üzvünün axtarış əməliyyatlarını dayandırdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 102 saatdan çox davam edən genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı 14 min kvadrat mildən artıq ərazini əhatə etsə də, itkin düşən hərbçini tapmaq mümkün olmayıb.
ABŞ Hərbi Dəniz Qüvvələri axtarışların nəticəsiz başa çatdığını və əməliyyatın rəsmi şəkildə dayandırıldığını bildirib.
21:38 05.07.2026
Oxunuş sayı: 64