Benzin əvəzinə at - Avtomobildən imtina edib at alırlar
Rusiyada yanacaqla bağlı yaranmış vəziyyət fonunda at almağa maraq əhəmiyyətli dərəcədə artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Mash teleqram kanalı məlumat yayıb.
At yetişdiricilərinin sözlərinə görə, son aylarda bəzi alıcılar eyni vaxtda 7-8 at alıb və ya bron ediblər. Halbuki əvvəllər bir atın alıcı tapması üçün 2-3 ay gözləmək lazım gəlirdi.
Məlumata görə, tələbatın artması bəzi kənd yerlərində at saxlamağın UAZ və ya "Niva" kimi yolsuzluq avtomobillərini mütəmadi yanacaqla təmin etməkdən daha sərfəli hesab olunması ilə izah edilir.
Hazırda Rusiyada atların qiyməti yaşı, cinsi və hazırlıq səviyyəsindən asılı olaraq 100-200 min rubl arasında dəyişir. Bununla yanaşı, onların saxlanması da müəyyən xərclər tələb edir.
21:00 05.07.2026
Oxunuş sayı: 61