Misirdən güc nümayişi: Qəzza yaxınlığında genişmiqyaslı hərbi tədbir keçirildi
Misir hakimiyyəti Qəzza zolağındakı döyüş bölgəsindən bir neçə kilometr aralıda genişmiqyaslı hərbi nümayiş keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tədbir Prezident Əbdülfəttah əs-Sisinin rəhbərliyi ilə təşkil olunub və orada hərbi qüvvələrin hazırlığı nümayiş etdirilib.
Rəsmi mərasim zamanı dini məzmunlu çıxışlar səsləndirilib və iştirakçılara hərbi hazırlıq və müdafiə mövqelərinin gücləndirilməsi ilə bağlı mesajlar verilib.
Qeyd edək ki, tədbir regionda davam edən gərginlik fonunda baş tutub.
23:57 05.07.2026
Oxunuş sayı: 68