İsrail regiondakı xristianların qorunmasını öz öhdəsinə götürür
İsrail Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdə xristian icmalarının təhlükəsizliyinin təmin olunması ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İsrail regiondakı xristianların qorunmasını öz öhdəsinə götürür.
Netanyahunun sözlərinə görə, Livanda bəzi xristian kəndləri “Hizbullah”dan qorunmaq məqsədilə İsrailə qoşulmaq istəyi ilə müraciət edib. O, həmin icmaların radikal qrupların təhdidlərindən narahat olduğunu iddia edib.
Baş nazir əlavə edib ki, İsrail xristianların müdafiəsi istiqamətində müxtəlif bölgələrdə fəaliyyət göstərir.
23:17 05.07.2026
Oxunuş sayı: 82