Netanyahunun kabineti Ali Məhkəməyə meydan oxudu
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət yekdilliklə səs verərək İkinci Televiziya və Radio İdarəsinin qərarlarını tanımamaq barədə qərar qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu qurum ölkədə kommersiya yayımçılarının fəaliyyətini tənzimləyən dövlət orqanıdır.
Qərar Ali Məhkəmənin müvafiq qurumun kvorum çatışmazlığına baxmayaraq fəaliyyətini davam etdirməsi barədə göstərişinə cavab olaraq qəbul edilib. Məhkəmə daha əvvəl qurumdakı kütləvi istefaları Rabitə nazirinin aparatı ilə əlaqələndirmiş və bu, tərəflər arasında ciddi fikir ayrılığına səbəb olmuşdu.
Qeyd olunur ki, bu hadisə İsrail tarixində hökumətin Ali Məhkəmənin qərarını icra etməyəcəyini açıq şəkildə bildirdiyi ilk hallarından biri kimi qiymətləndirilir.
22:57 05.07.2026
Oxunuş sayı: 83