Zelenski İsveç və Fransa liderləri ilə hava hücumundan müdafiə məsələlərini müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristersson və Fransa Prezidenti Emmanuel Makronla telefon danışıqları aparıb.
Crossmedia.az xəbər verir ki, danışıqların əsas mövzusu Ukrayna şəhərlərinin Rusiya tərəfindən həyata keçirilən ballistik raket və pilotsuz uçuş aparatı hücumlarından qorunması üçün hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi olub.
İsveç tərəfi ilə keçirilən müzakirələr zamanı "Gripen" qırıcılarının qəbulu üçün infrastrukturun hazırlanması, eləcə də Drone Deal formatında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Fransa Prezidenti Emmanuel Makronla söhbət zamanı isə Volodimir Zelenski vurğulayıb ki, Avropa diplomatik prosesdə əsas rol oynamalı, sülhün əldə olunması və Rusiyaya təzyiqin koordinasiyası istiqamətində onun mövqeyi həlledici əhəmiyyət daşımalıdır.
18:52 05.07.2026
Oxunuş sayı: 55