Misir dünyanın ən böyük hərbi qərargahını istifadəyə verdi
Misirdə Silahlı Qüvvələrin Strateji Komandanlığının "Oktaqon" adlanan yeni qərargah kompleksinin rəsmi açılışı olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Misirin "Ahram Online" nəşri məlumat yayıb.
Ölkənin yeni inzibati paytaxtında yerləşən "Oktaqon" dünyanın ən böyük hərbi qərargahı hesab olunur və ABŞ-ın Pentaqon kompleksinin analoqu kimi təqdim edilir.
89 kvadratkilometr ərazini əhatə edən kompleks səkkiz əsas binadan, inzibati və yaşayış korpuslarından, tibb və təhsil müəssisələrindən ibarətdir. Burada həmçinin müasir rəqəmsal idarəetmə sistemləri, kibertəhlükəsizlik infrastrukturu və məlumat emalı mərkəzləri yaradılıb.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, yeni qərargah ordunun strateji planlaşdırma və müasir təhlükələrə operativ cavab vermək imkanlarını artırmağa xidmət edəcək.
16:30 05.07.2026
Oxunuş sayı: 67