Erməni siyasətçi: Rusiya bazarında Ermənistan məhsullarının yerini sürətlə Azərbaycan məhsulları tutur
Rusiya bazarında Ermənistan məhsullarının yerini sürətlə Azərbaycan məhsulları tutur.
Crossmedia.az ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan deyib.
Tsarukyan qeyd edib ki, iqtisadiyyatın Rusiya yönümlü və ya Qərb yönümlü kimi qiymətləndirilməsi normal yanaşma deyil.
"Rusiya bazarında baş verənləri bilirsinizmi? Ermənistan məhsullarının yerini çox sürətlə Azərbaycan məhsulları tutur. Ermənistanda özünü aldatmaqla məşğul olduqları müddətdə iqtisadiyyat çökə bilər", – deyə o bildirib.
Siyasətçi hesab edir ki, mövcud vəziyyət Ermənistan fermerlərini yoxsulluq həddinə çatdıra, sahibkarların iflasına, dövlət büdcəsində ciddi problemlərə və iqtisadiyyatın bəzi sahələrinin tamamilə sıradan çıxmasına səbəb ola bilər.
17:41 03.07.2026
Oxunuş sayı: 62