ABŞ Pakistana terror hücumlarına qarşı müdafiə hüququnu dəstəkləyir
Vaşinqton Pakistanın terror hücumlarına qarşı özünü müdafiə etmək hüququnu dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, Pakistan xalqı terrorçuların hücumları nəticəsində ciddi şəkildə zərər görüb. Departament ABŞ-nin mövqeyinin Pakistanın təhlükəsizliyini təmin etmək hüququnu dəstəkləməkdən ibarət olduğunu vurğulayıb.
Açıqlama Pakistan və Əfqanıstan arasında davam edən gərginlik fonunda verilib.
17:29 03.07.2026
Oxunuş sayı: 55