Krım körpüsündə yanacaq daşınması qaydaları sərtləşdirildi
Krım körpüsündən keçid zamanı yanacağın daşınması ilə bağlı qaydalar sərtləşdirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya KİV-i bu barədə məlumat yayıb.
Yeni tələblərə əsasən, sürücülərə eyni vaxtda həm benzin, həm də məişət məqsədli mayeləşdirilmiş qaz aparmağa icazə verilməyəcək.
Məlumata görə, qüvvədə olan qaydalara əsasən, sərnişinlər özləri ilə ya həcmi 50 litrdən çox olmayan qablarda ümumilikdə 200 litr benzin, ya da 100 litr mayeləşdirilmiş məişət qazı daşıya bilərlər.
Yeni qaydalar hər iki növ yanacağın eyni vaxtda daşınmasını istisna edir.
16:57 03.07.2026
Oxunuş sayı: 56