Türkiyə gey-kruiz gəmisinin limana girişinə icazə vermədi
Türkiyə hakimiyyəti LGBT+ turistlər üçün təşkil olunduğu bildirilən kruiz gəmisinin ölkə limanlarına girişinə icazə verməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Afina–Venesiya marşrutu üzrə hərəkət edən kruiz gəmisinin iyulun 7-də Kuşadası limanına yan alması, daha sonra isə İstanbul istiqamətində səfərini davam etdirməsi planlaşdırılırdı.
Lakin Türkiyə hakimiyyəti proqramı ləğv edib. Rəsmilər qərarı gəminin "cəmiyyətin dəyərləri və mənəvi prinsipləri ilə uyğun gəlməyən davranışları ilə tanınan qruplar" tərəfindən icarəyə götürüldüyünü əsas gətirərək izah ediblər.
16:19 03.07.2026
Oxunuş sayı: 62