Baydenin oğlu Trampı lağa qoydu: Nobel Sülh Mükafatına layiqdir
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden ABŞ Prezidenti Donald Trampı istehzalı şəkildə Nobel Sülh Mükafatına namizəd göstərməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Hanter Bayden paylaşımında Trampın İranla müharibəni dəfələrlə başa çatdırdığını bəyan etməsini məsxərəyə qoyub.
"Mən Donald Trampı rəsmi olaraq Nobel Sülh Mükafatına namizəd göstərirəm. Tarixdə heç bir prezident eyni müharibəni bu qədər bitirməyib.
CNN-in hesablamalarına görə, bizim əziz liderimiz İranla müharibəni ən azı 38 dəfə başa çatdırıb. Bunu indiyədək heç bir prezident bacarmayıb.
Üstəlik, o, hələ bu müharibəni bitirməyi də tam başa çatdırmayıb. Bu, Nobel Komitəsinin tanımalı olduğu rekorddur", – deyə Hanter Bayden yazıb.
15:36 03.07.2026
Oxunuş sayı: 60