Krımda sənədlər və texnika təxliyə edilir
Krımın Kerç və Feodosiya şəhərlərində fəaliyyət göstərən Rusiya tərəfindən təyin olunmuş administrasiyalara qiymətli sənədlərin və texnikanın yarımadadan təcili çıxarılması barədə göstəriş verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Atəş" partizan hərəkatı məlumat yayıb.
Hərəkatın iddiasına görə, Kerç və Feodosiya şəhərlərindəki işğal administrasiyaları qiymətli sənədlərin və texnikanın tam təxliyəsinə dair təcili göstəriş alıblar.
Bildirilib ki, xidməti yanacaqdan istifadə imkanı olan bəzi əməkdaşlar qəfil xəstəlik məzuniyyəti rəsmiləşdirərək və ya səhhətlərini əsas gətirərək Rusiyanın Krasnodar diyarına yollanıblar.
15:28 03.07.2026
Oxunuş sayı: 49