Kursk vilayətində rayon rəhbərliyinin avtomobili minaya düşdü
Rusiyanın Kursk vilayətində Rılsk rayonu administrasiyasının əməkdaşlarını daşıyan avtomobil minaya düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində Rılsk rayonunun rəhbəri mina-partlayış xəsarəti və ayaqlarından qəlpə yaraları alıb.
Yaralının müalicə üçün Kursk Vilayət Xəstəxanasına çatdırılacağı bildirilib.
Hadisənin digər təfərrüatları və avtomobildə olan şəxslərin vəziyyəti barədə hələlik əlavə məlumat açıqlanmayıb.
14:47 03.07.2026
Oxunuş sayı: 55