Peskov: Aİ hərbi-siyasi bloka çevrilir
Kremlin sözçüsü Dmitri Peskov Avropa İttifaqı, Ukrayna və "Şimal axını" qaz kəmərləri ilə bağlı bir sıra açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Peskov bildirib ki, Avropa İttifaqı Ukraynanın təşkilata üzvlük perspektivlərini müzakirə edərkən Kiyevin "Şimal axını" qaz kəmərlərinin partladılması ilə əlaqədar iddiaları da nəzərə almalıdır.
Onun sözlərinə görə, Almaniyanın Ukraynanın qaz kəmərlərinin partladılmasında mümkün iştirakına dair iddialara baxmayaraq Kiyevə maliyyə dəstəyini davam etdirməsi paradoksal görünür.
Kremlin sözçüsü həmçinin qeyd edib ki, Avropa İttifaqında hərbi kimliyin formalaşması prosesi gedir və birlik tədricən hərbi-siyasi-iqtisadi bloka çevrilir.
Peskov əlavə edib ki, Aİ ölkələri iqtisadiyyatlarının hərbiləşdirilməsinə böyük vəsait ayırır və Rusiya bu reallığı öz təhlükəsizlik siyasətində nəzərə alır.
14:02 03.07.2026
Oxunuş sayı: 47