Türkiyə avro ödəniş zonasına qoşulmaq istəyir
Türkiyə Vahid Avro Ödənişlər Zonası (SEPA) sisteminə qoşulmaq üçün rəsmi müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi Aİ–Türkiyə Yüksək Səviyyəli İqtisadi Dialoqunun yekun bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Ankara Avropa Ödənişlər Şurasına (European Payments Council) SEPA-ya qoşulmaq istədiyini bildirən rəsmi məktub göndərib.
Bəyanatda qeyd olunur ki, Türkiyənin bu sistemə qoşulması transsərhəd ödənişlərin daha sürətli, təhlükəsiz və iqtisadi cəhətdən daha səmərəli həyata keçirilməsinə imkan verəcək.
Həmçinin vurğulanır ki, bu addım Türkiyə ilə Avropa İttifaqı arasında ticarət və investisiya əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərəcək.
13:22 03.07.2026
Oxunuş sayı: 56