Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç nə qazanmır
ABŞ Prezidenti Donald Tramp NATO-nun maliyyələşdirilməsi ilə bağlı müttəfiqlərini yenidən tənqid edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, Vaşinqton alyansın müdafiəsi üçün digər üzv ölkələrdən xeyli çox vəsait xərcləyir, lakin bunun qarşılığında heç bir fayda əldə etmir.
Trampın paylaşdığı rəqəmlərə görə, ABŞ NATO-ya 999 milyard dollar, Böyük Britaniya 90,5 milyard dollar, Fransa 66,5 milyard dollar, İtaliya 48,8 milyard dollar, Polşa isə 44,3 milyard dollar vəsait ayırır.
"ABŞ alyansın müdafiəsi üçün digər ölkələrdən qat-qat çox pul xərcləyir, amma bundan heç bir fayda əldə etmir. Bu vəziyyət absurddur", – deyə Tramp vurğulayıb.
10:52 03.07.2026
Oxunuş sayı: 55