İran ABŞ görüşünü rəsmən inkar etdi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, yaxın günlərdə ABŞ nümayəndələri ilə Dohada hər hansı görüşün keçirilməsi nəzərdə tutulmayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İran tərəfinin ABŞ ilə yaxın günlərdə heç bir səviyyədə görüş planı yoxdur və buna görə də ləğv ediləcək hər hansı görüş mövcud deyil.
Bəqayi qeyd edib ki, sabah Dohada İran və Qətər nümayəndələri arasında İslamabad Anlaşma Memorandumunun icrası ilə bağlı danışıqlar aparılacaq. Görüşdə sənədin müxtəlif maddələri, o cümlədən İranın məhdudlaşdırılmış aktivlərinin azad edilməsi məsələsi müzakirə olunacaq.
O əlavə edib ki, memorandumun icrası istiqamətində bütün zəruri hazırlıqlar görülüb və proses plan üzrə davam edir.
22:32 30.06.2026
Oxunuş sayı: 52