Dünyanın sərvəti yenə zənginlərin cibinə axdı – milyarderlərin sayı rekord qırdı
Dünyada milyarderlərin sayı rekord həddə çataraq 3 302 nəfər olub.
Crossmedia.az bu barədə ˝Bloomberg˝-ə istinadən xəbər verir.
Məlumata əsasən, son bir ildə milyarderlərin sayı 13,1% artıb. Ən böyük artım isə ABŞ və Asiya regionunun payına düşüb.
2026-cı ilin aprel ayına qədər olan bir il ərzində milyarderlərin ümumi sərvəti 25% artaraq qlobal rifahın ümumi artım tempini geridə qoyub.
UBS-nin hesabatına görə, hazırda sərvəti 50–100 milyard dollar arasında olan 18, 100 milyard dollardan çox sərvətə sahib isə 19 milyarder var. Onlardan 15-i ABŞ-də yaşayır.
20:38 30.06.2026
Oxunuş sayı: 44